XƏBƏRLƏR

19.06.2019 11:00
Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin aylıq vəzifə maaşlarının sxemi – Artımdan əvvəl və sonra   

Prezident İlham Əliyev dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşları 20 faiz artırılmalıdır.

AzEdu.az 20 faiz artımla dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin aylıq vəzifə maaşlarının sxemini təqdim edir:

Bir stavka dərs yükü 18 saat olmaqla, aylıq vəzifə maaşı (manatla)

Ali təhsilli müəllimlər üçün 

pedaqoji staj 3 ilə qədər olduqda  - 462 (artımdan əvvəl 385)
pedaqoji staj 3 ildən 8 ilə qədər olduqda  - 496 (artımdan əvvəl 413)
pedaqoji staj 8 ildən 13 ilə qədər olduqda  - 522 (artımdan əvvəl 435)
pedaqoji staj 13 ildən 18 ilə qədər olduqda  - 554 (artımdan əvvəl  462)
pedaqoji staj 18 ildən çox olduqda – 594 (artımdan əvvəl 495)

Orta ixtisas təhsilli müəllimlər üçün

pedaqoji staj 3 ilə qədər olduqda  - 422 (artımdan əvvəl 352)
pedaqoji staj 3 ildən 8 ilə qədər olduqda  - 443 (artımdan əvvəl 369)
pedaqoji staj 8 ildən 13 ilə qədər olduqda  - 462 (artımdan əvvəl 385)
pedaqoji staj 13 ildən 18 ilə qədər olduqda  - 488 (artımdan əvvəl  407)
pedaqoji staj 18 ildən çox olduqda – 509 (artımdan əvvəl  424)

Qeyd edək ki, dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşları orta hesabla 20 faiz artımı 2019-cu il sentyabrın 1-dən artırılacaq.

İlin gənc müəllimi-Müraciət formu