Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-18 17:13:00
Peşə təhsili müəssisələrində tədris dili –İstisnalar və qaydalar

“İlk peşə-ixtisas təhsili müəssisələrində tədris dövlət dilində - Azərbaycan dilində aparılır”.

AzEdu.az “İlk peşə-ixtisas təhsili müəssisəsinin NÜMUNƏVİ NİZAMNAMƏSİ” adlı sənədə əsasən peşə təhsil müəssisələrində keçirilən tədris dillərini təqdim edir:

İlk peşə-ixtisas təhsili müəssisələrində tədris dövlət dilində - Azərbaycan dilində aparılır. Lakin bəzi hallarda  vətəndaşların, ilk peşə-ixtisas təhsili müəssisələri təsisçilərinin, işəgötürənlərin istəyi ilə, Azərbaycan dili, Azərbaycan ədəbiyyatı, Azərbaycan tarixi və Azərbaycan coğrafiyası fənləri tədris edilməklə, təhsil digər dillərdə də aparıla bilər.

Bu zaman Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırma əsasında həmin müəssisələrdə "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda göstərilmiş ilk peşə-ixtisas təhsili üzrə müvafiq dövlət standartları nəzərə alınmalıdır.

Azərbaycan dilini zəif bilən təhsilalanlar üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinin müəyyən etdiyi qaydada ilk peşə-ixtisas təhsili müəssisələrində hazırlıq qrupları və kursları təşkil olunur.

Rəna Nəbi