Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-18 16:40:00
Tibb məzunlarının işə qəbulu necə həyata keçirilir? - Prosedur və qaydalar  

Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrinə vakant elan edilmiş yerlərə həkimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada aparılır. Bu qaydalar səhiyyə müəssisəsinin rəhbərləri və onların müavinlərinə, həmçinin, müəssisələrin struktur bölmələrinin rəhbərlərinə şamil edilmir.

Rezidenturanı başa vuran həkim mütəxəssislərin işə qəbulu isə ixtisasdan asılı olaraq təyinat yolu ilə həyata keçirilir.

Amma rezidentura təhsili olmadan da bəzi tibbi işlərə mərkəzləşdirilmiş imtahandan keçməklə qəbul olunmaq mümkündür.

Bəs, tibb məzunlarının işə qəbulu necə həyata keçirilir?

AzEdu.az xəbər verir ki, həkimlərin işə qəbulu üçün müsabiqə test və müsahibə mərhələsindən ibarətdir. Müsabiqədə iştirak üçün namizədlər Səhiyyə Nazirliyinin rəsmi internet səhifəsində müvafiq elektron xidmət bölməsinə daxil olaraq elektron ərizəni doldurmalı, müvafiq sənədləri skan edərək surətini daxil etməlidirlər.

Müsabiqədə iştirak üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:

-Vahid forma üzrə ərizə:

-Tərcümeyi hal;

-Diplomun surəti;( Xaricdə təhsil alanlara nostrifikasiya daxil olmaqla və işə buraxılma haqqında şəhadətnamə əlavə edilməklə)

-İxtisaslaşma haqqında sənədin surəti (olduğu halda);

-Sertifikasiya şəhadətnaməsinin surəti;

-Şəxsiyyət vəsiqəsinin surəti;

-İlk dəfə əmək fəaliyyətinə başlayan şəxslər istisna olmaqla, əmək kitabçasının notarial və ya kadrlar şöbəsi tərəfindən təsdiq olunannsurəti;

-Sağlamlıq barədə ərazi poliklinikasının arayışı.

Test imtahanı zamanı hər namizədə şəxsi eyniləşdirmə kodu təqdim olunur. Bu kod anonimliyin qorunmasını təmin edir.

Namizədlər müsabiqəyə imtahana buraxılış vərəqəsi və şəxsiyyəti təsdiq edən sənədlə gəlməlidirlər.

İmtahan aşağıdakı suallardan tərtib edilir:

-İxtisas üzrə 40 sual;

-Səhiyyə qnaunvericiliyinin əsasları üzrə - 10 sual;

İmtahanın nəticəsinə görə, 30 və daha çox bal toplayan namizədlər müsabiqədə uğur qazanmış hesab edilirlər.

İmtahan nəticəsindən narazı qalan namizədlər şikayətlərinə baxılması üçün 5 iş günü ərzində komissiyaya müraciət etməlidirlər.

Müsahibə namizədin səhiyyə qanunvericiliyi, ixtisas, ümumi dünyagörüşü və kompüter biliklərinin qiymətləndirilməsinə xidmət edir. Müsahibə zamanı namizədə 30 dəqiqə ərzində 5 sual verilir. Müsahibədə maksimal bal 25-dir. 16 və daha çox bal toplayanlar uğur qazanmış hesab edilirlər. Müsahibədə iştirak üçün şəxsiyyəti təsdiq edən sənədi gətirmək kifayətdir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları