Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-18 15:53:29
Məktəb direktoru işdən çıxarılıb  

Sumqayıt şəhəri İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin direktoru Ruhiyyə Tağıyeva Təhsil nazirinin əmri ilə tutduğu vəzifədən azad olunub.

AzEdu.az-ın məlumatına görə, məktəb direktorunun işdən azad olunmasına səbəb vəzifə funksiyalarını layiqincə yerinə yetirməməsidir.

Məlum olub ki, 1 nömrəli tam orta məktəbdə direktor müavinləri qanunsuz olaraq işdən azad olunub, bununla bağlı məhkəmə çəkişmələrinə müəllimlər də məcburi şəkildə cəlb edilib.

Bununla yanaşı, məktəbdən dəfələrlə şəhər hüquq-mühafizə orqanlarına, o cümlədən şəhər Təhsil şöbəsinə şikayətlər daxil olub.

Təhsil müəssisəsində qeyri-sağlam atmosferin aradan qaldırılması üçün məktəbin direktoru Ruhiyyə Tağıyeva Təhsil nazirinin əmri ilə tutduğu vəzifədən azad olunub.