Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-25 10:40:00
Bakının 4 məktəbində dərslər dayandırılıb

2018 FORMULA 1 Azərbaycan Qran Pri yarışı” tədbiri ilə əlaqədar olaraq bir sıra istiqamətlərdə hərəkət məhdudlaşdırılıb.

AzEdu.az xəbər verir ki, bu barədəTəhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov Lent.az-a məlumat verib.

Qurum rəsmisi bildirib ki, həmin yarışların hərəkət sxeminə aid olan və Bakı şəhərinin mərkəzi ərazisində yerləşən T.İsmayılov adına 6 nömrəli məktəb-lisey, 132-134 nömrəli təhsil kompleksi və 23 nömrəli tam orta məktəbin ibtidai sinifləri üzrə 1-5 may tarixli yaz tətilinin 24-30 aprel 2018-ci il tarixinə keçirilməsi, 5-11-ci sinif şagirdlərinin buraxılmış dərs günlərinin növbəti həftələrdə şənbə günləri ilə əvəz olunması qərara alınıb.