Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-18 13:16:00
Universitetlərə imtahansız qəbul olunacaq subbakalavrlar hansı ixtisasları seçə bilməzlər  

 

Subbakalavrlar ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) müvafiq ixtisaslar üzrə qəbul imtahanlarında iştirak etmədən müsabiqə yolu ilə qəbul olunmaq hüququna malikdirlər.

 Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Orta ixtisas təhsili müəssisələrinə bakalavrların, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə (əsas (baza ali) tibb təhsilinə) müvafiq ixtisaslar üzrə subbakalavrların qəbulu, habelə bakalavriatı (əsas (baza ali) tibb təhsilini) başa vurmayan şəxslərin orta ixtisas təhsili müəssisələrinə köçürülməsi Qaydaları”nda əksini tapıb.

İxtisasların uyğunluğu (müvafiqliyi) Dövlət İmtahan Mərkəzi ilə razılaşdırılmaqla, Təhsil Nazirliyi tərəfindən müəyyən olunur.

Subbakalavrların elektron ərizələrinin qəbulu 2019-cu il iyunun 13-dən iyulun 17-dək (V ixtisas qrupu üzrə iyunun 13-dən 27-dək ) internet vasitəsilə aparılır. 

Lakin subbakalavrlar bütün ixtisasları seçmək hüququna malik deyillər.

AzEdu.az  xəbər verir ki, subbakalavrların seçmək hüququna malik olmadığı ixtisasların adı haqqında məlumatı Təhsil eksperti Kamran Əsədov şəxsi Facebook səhifəsində yazıb.

O qeyd edib ki, müsabiqədən kənar ali məktəblərə qəbul olmaq istəyən subbakalavrlar (kollec məzunları) buəzi ixtisasları seçə bilməyəcək.

Bunlar:

1.Azərbaycan Dillər Universitetində:

Xarici dil müəllimliyi (alman dili)

Dil və ədəbiyyat müəllimliyi (alman dili və ədəbiyyatı müəllimliyi)

Regionşünaslıq (Almaniya üzrə)

Filologiya (alman dili və ədəbiy¬yatı)

Tərcümə (alman dili)

Xarici dil müəllimliyi (fransız dili)
Dil və ədəbiyyat müəllimliyi (fransız dili və ədəbiyyatı müəllimliyi)
Regionşünaslıq (Fransa üzrə)
Filologiya (fransız dili və ədəbiyyatı)

Tərcümə (fransız dili)
Regionşünaslıq (ərəb ölkələri üzrə)
Xarici dil müəllimliyi (ingilis dili)
Dil və ədəbiyyat müəllimliyi ( ingilis dili və ədəbiyyatı müəllimliyi)
Regionşünaslıq (ingiltərə üzrə)
Filologiya (ingilis dili və ədəbiyyatı)
Tərcümə (ingilis dili)

2.Lənkəran Dövlət Universitetində:
“Xarici dil müəllimliyi (ingilis dili üzrə)” 
“Tərcümə (ingilis dili üzrə)

 

  1. Dövlət ali təhsil müəssisələrinin tədrisi ingilis dilində

olan ixtisasları.

 4.Dövlət ali təhsil müəssisələrinin “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq (regionlar üzrə) ixtisasları

 5.Dövlət ali təhsil müəssisələrinin “Tərcümə (dillər üzrə)” ixtisası

Kamran Əsodov həmçinin deyib ki, subbakalavrlar xarici dil fənni üzrə əlavə tələblər qoyulan ixtisasları seçə bilməzlər.

 “Çünki bu ixtisaslar üzrə xarici dil fənninə bal məhdudiyyəti tətbiq olunur və subbakalavrlar imtahanda iştirak etmədikləri üçün bu ixtisasları seçə bilmirlər”.

 Qeyd edək ki, qəbul imtahanlarında iştirak etmədən ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrlar cari ildə imtahan verərək ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən abituriyentlərlə eyni vaxtda – iyulun 24-dən avqustun 6-dək ixtisas seçimində (müsabiqədə) iştirak edəcəklər. Subbakalvrlar ixtisas seçimində Dövlət İmtahan Mərkəzinin müvafiq ixtisas qrupları üzrə müəyyən etdiyi keçid balı ilə iştirak edəcəklər. Məsələn: I,II,III və IV ixtisas qruplarının biri üzrə müsabiqədə iştirak etmək istəyən subbakalavr 200 balla (müəyyən ixtisaslar üzrə müvafiq olaraq 150 və 250 balla), V ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək istəyən subbakalavr 60 balla ixtisas seçimində iştirak edəcək. Xüsusi qabiliyyət tələb edən ixtisasları seçmək istəyən subbakalavrlar ixtisasların uyğunluğu cədvəlinə müvafiq olaraq, seçdikləri komissiya üzrə - V qrupa daxil olan bədən tərbiyəsi istiqamətinin 60, 61, 62-ci komissiyaları və 14-cü komissiya-dizayn ixtisası üzrə iyunun 20-dən 28-dək, digər komissiyalar üzrə iyunun 20-dən iyulun 3-dək, I qrupa daxil olan memarlıq ixtisası üzrə iyulun 8-dən 13-dək Mərkəzin internet saytında qeydiyyatdan keçib qabiliyyət imtahanlarında iştirak edib məqbul qiymət almalıdırlar.

Şükufə Süleymanlı