XƏBƏRLƏR

18.06.2019 13:00
Təhsil naziri Ceyhun Bayramov Şəkidə vətəndaşlarla görüşəcək 

Təhsil naziri Ceyhun Bayramov iyunun 28-də saat 10:00-da Şəki şəhərindəki Heydər Əliyev Muzeyində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Şəki, Oğuz və Qəbələ rayon sakinlərini qəbul edəcək.

Qəbulda həmin rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.

Təhsil Nazirliyindən AzEdu.az-a bildiriblər ki, qəbula gəlmək istəyən vətəndaşlar iyunun 18-dən 21-dək bu qurumun Telefon Məlumat Mərkəzinin 146-1 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) zəng etməklə və ya nazirliyin rəsmi saytının “Vətəndaşların qəbulu” bölməsinə daxil olmaqla (http://edu.gov.az/az/contacts/request) elektron qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

İlin gənc müəllimi-Müraciət formu