Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-18 12:25:00
Yeddi mindən çox bakalavr ixtisaslaşma seçimi edərək ərizəsini təsdiqləyib  

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına bakalavrların ixtisaslaşma seçimi davam edir.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, iyunun 18-i saat 11:25-ə olan məlumata görə, ümumilikdə 7163 nəfər (Azərbaycan bölməsi üzrə 6600, rus bölməsi üzrə 563) ixtisaslaşma seçimi edərək ərizəsini təsdiqləyib.

Xatırladaq ki, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına ixtisaslaşma seçimi bu gün saat 23:59-da başa çatır.