XƏBƏRLƏR

17.06.2019 15:46
Beş yaşlı uşaqların təhsilə cəlb edilməsi səviyyəsi 75 faizə çatdırılıb

2018-2019-cu tədris ilində ümumi təhsil müəssisələrində dövlət büdcəsi hesabına məktəbəhazırlıq qruplarının təşkil olunması yolu ilə 5 yaşlı uşaqların təhsilə cəlb edilməsi səviyyəsi 2013-cü ildəki 24 faizdən 75 faizə çatdırılıb.

Təhsil Nazirliyindən  bildiriblər ki, növbəti illərdə bu göstəricinin 90 faizə çatdırılması və gələcəkdə bütün 5 yaşlı uşaqları əhatə etməsi qarşıda duran əsas hədəflərdəndir.

UNİSEF və Avropa İttifaqının maliyyə dəstəyi ilə 3-5 yaşlı uşaqların icma əsaslı məktəbəqədər təhsilə cəlb olunması layihəsinə başlanılıb. Layihə Bakı şəhərində və 10 rayonda 100 icmanı, 2 mindən çox uşağı əhatə etməklə həyata keçirilir. (Azərtac)

İlin gənc müəllimi-Müraciət formu