Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-17 14:30:00
Azərbaycan İstiqlal Muzeyinin 100 illiyi münasibətilə Respublika elmi konfransı keçiriləcək

İyunun 18-də AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində bu qurumun təşkilatçılığı ilə Azərbaycan İstiqlal Muzeyinin 100 illiyinə həsr olunan “Muzey, arxiv və kitabxanalarda qorunan milli dəyərlərin tədqiqi, təbliği, mühafizəsi və bərpası” mövzusunda III Respublika elmi konfransı keçiriləcək.

Tarix Muzeyindən  bildiriblər ki, tədbirdə İstiqlal Muzeyinin inkişaf mərhələləri, fəaliyyəti, müəssisədə saxlanılan eksponatlar haqqında ətraflı məlumat veriləcək.

Qeyd edək ki, Azərbaycan İstiqlal Muzeyi xalqımızın milli-azadlıq hərəkatını əks etdirən eksponatların saxlandığı müəssisədir. Muzeydə xəritələr, şəkillər, kitablar, əsginaslar və digər eksponatlar nümayiş etdirilir. (Azərtac)