XƏBƏRLƏR

17.06.2019 12:51
Sabah “Muzey, arxiv və kitabxanalarda qorunan milli dəyərlərin tədqiqi, təbliği, mühafizəsi və bərpası” konfransı öz işinə başlayacaq

Sabah AMEA Milli Azərbaycan Tarixi Muzeyində “Muzey, arxiv və kitabxanalarda qorunan milli dəyərlərin tədqiqi, təbliği, mühafizəsi və bərpası” mövzusunda III respublika elmi konfransı keçiriləcək.

AzEdu.az-ın məlumatına görə, konfrans saat 10:00-da öz işinə başlayacaq.

Qeyd edək ki, tədbir "İstiqlal" Muzeyinin 100 illiyinə həsr olunacaq. (trend.az)

İlin gənc müəllimi-Müraciət formu