Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-16 13:07:00
Valideynlərin nəzərinə: “Yay tətilində edilməyəcəklər”in siyahısı

Artıq orta təhsil müəssisələrtinin tədris ili başa çatıb. Bu dönəmdə mediada “yayı necə səmərəli etməli?”, “nələrə üstünlük verməli?” başlıqlı yazılara tez – tez rast gəlirik. Bu yazılar şagirdlərin yay tətilinin səmərəli təşkili üçün onların valideynlərinə məsləhət xarakteri daşıyır.

Bəs, övladının xoş istirahətini düşünən valideyn yay tətilində nələrə yol verməməlidir?

AzEdu.az “yay tətilində edilməyəcəklər”in siyahısını təqdim edir:

-Tələsməyin. Qazanacağımız bir neçə dəqiqə övladınızın xoş anlarından artıq olmayacaq.

-Günlük proqramımızı həddən artıq doldurmayın. Xeyli boş vaxt saxlamağa çalışın.

-Hər detalı planlamayın.Fikirlərinizi biraz sərbəst buraxın. Təbii istirahətə üstünlük verin.

-Uşaqları həmişəki kimi rejimlə yedirtməyin. İcazə verin istəfikləri zaman oynayıb, istədikləri zaman qidalansınlar.

-Ailəliklə bahalı tətilə çıxmasanız da olar. Bunun əvəzinə evə yaxın yerləri birlikdə kəşf edin.

-Sıxılmaqdan qorxmayın. Sıxıntı uşaqların öz  yaradıcılıqlarını işə salmalarına səbəb olur.

-Övladınızın yanında öz yay tətilinizi başqalarınınkı ilə müqayisə etməyin.

-Yaşadığımız hər anı sosial mediada paylaşmayın.

-Telefonu daim yanımda saxlamayın. Belə olduqda uşaqlarla daha çox vaxt keçirə bilərsiniz.

-Nələriisə özəl günlər üçün saxlamayacam. Unutmayıb ki, hər gününüz özəldir. Xüsusilə də yay tətili.

-Yay aylarında həkim ya da stomatoloq kimi sıxıcı işləriniz olduğuna görə kefinizi pozmayın.Valideynlər övladlarının xətrinə bu işləri həll etməlidirlər.

-Övladlarınıza məktəbi xatırlatmamağa çalışın.

-Uşaqlar texnologiyadan normaldan bir az artıq istifadə edən kimi stress keçirməyin.

-Yayın mükəmməl olacağını gözləməkdən əl çəksəniz, hər anınızdan zövq ala bilərsinzi.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları