Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-16 11:15:00
Magistraturaya ixtisas seçiminin nəticələri nə vaxt elan olunacaq? - Rəsmi

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına bakalavrların ixtisaslaşma seçimi davam edir.

Son vaxtlar bakalavrları ən çox maraqlandıran məqam isə ixtisas seçimi bitdikdən sonra nəticələrin nə vaxt elan olunacağıdır.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, nəticələr ixtisas seçimi başa çatdıqdan sonrakı 2-3 gün ərzində elan olunacaq.

Xatırladaq ki, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına ixtisaslaşma seçimi iyunun 18-dək aparılacaq.

Mərkəzin iyunun 16-ı saat 11:15-ə olan məlumata görə məlumatına görə,  ümumilikdə 5738 nəfər (Azərbaycan bölməsi üzrə 5276, rus bölməsi üzrə 462 ) ixtisaslaşma seçimi edərək ərizəsini təsdiqləyib.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları