XƏBƏRLƏR

16.06.2019 09:27
Alimlərdən qorxulu xəbərdarlıq — Meteorit yağışı olacaq
“Beta Taurid” hər il 5 iyun-18 iyul arasında baş verən meteorit yağışıdır.

AzEdu.az-ın məlumatına görə,  “Ölkə.Az” xəbər verir ki, meteorit yağışının ən aktiv dövrü 28-29 iyun arasında baş verəcək. Bu dövrdə dünyamız “Encke” quyruqlu ulduzuna aid qalıntılar arasından keçir.

İngiltərənin “The Mirror” qəzetinin xəbərinə əsasən, alimlər bu dağıntılar arasında dünyadakı bəşəriyyətə təhlükə təşkil edə biləcək böyük kosmik qayalar ola biləcəyinə inanırlar. Hətta bəzi alimlər bu qayalardan birinin müasir dövrlərin ən dağıdıcı meteorit təsirinə səbəb ola biləcəyini düşünür. 1908-ci ildə Sibirin Tunqus çayı yaxınlığında Londondan da böyük bir sahə dümdüz olmuşdu və 80 milyon ağac məhv olmuşdu. Tunqus meteoriti kimi bilinən bu hadisədə insan tələfatı olmamışdı. Alimlər bənzər hadisənin çox yaxın vaxtlarda baş verəcəyinə inanırlar.

“Taurid” səma daşı yağışı 1975-ci ildən bu yana ən aktiv dövrünü yaşayacaq.

İlin gənc müəllimi-Müraciət formu