Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-15 18:00:00
Türkiyədə siam əkizləri ali məktəbə imtahan verib

Türkiyənin Kahramanmaraş əyalətinin Türkoğlu rayonunda yaşayan siam əkizləri ali məktəbə qəbul imtahanı veriblər.

AzEdu.az xəbər verir ki, məlumatı "CNNTürk" yayıb.

Bildirilib ki, Xədicə və Yunus Tanrıqulu cütlüyünün 18 yaşında Ayşe və Sema adlı siam əkizləri babaları Abdullah Tanrıqulu ilə birlikdə imtahan vermək üçün Anadolu İmam Hatib Liseyinə gediblər.

Onlar Türkiyədə ali məktəbə qəbul imtahanı verən yeganə siam əkizləridir.