Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-15 15:10:00
Atasını öldürən tələbə Ali Məhkəməyə müraciət etdi

Bakıda atasını öldürən Laçın Novruzov Ali Məhkəməyə müraciət edib. 

AzEdu.az-ın məlumatına görə, L. Novruzov məhkəməyə ünvanladığı kassiya şikayətində cəzasının yüngülləşdirilməsini xahiş edib. Şikayət hakim Tahir Kazımovun icraatına verilib. Məhkəmə baxışı yaxın günlərdə təyin ediləcək. 

Qeyd edək ki, qətl 2017-ci ilin yanvarın 4-də, gecə saat 23:00-da Binəqədi rayonunun Müşfiqabad qəsəbəsində baş verib. Laçın Novruzov yaşadıqları evdə 1965-ci il təvəllüdlü atası Mehman Məmmədovla mübahisə edib. Mübahisə Mehman Məmmədovun içki içməsindən qaynaqlanıb. Laçın atasına 20 bıçaq zərbəsi endirib. Mehman hadisə yerində vəfat edib.