Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-15 09:26:55
MİQ müsabiqəsinin mərhələləri - İNFOQRAFİKA

Müəllimlərin işə qəbulu üzrə müsabiqə ümumilikdə 24 iyun-26 avqust tarixlərini əhatə edəcək.

Xatırladaq ki, MİQ müsabiqəsi nəticəsində namizədlərin topladığı bal iki təqvim ili qüvvədədir və onlar növbəti tədris ili üçün keçirilən müsabiqə zamanı birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər.

AzEdu.az müəllimlərin işə qəbulu üzrə müsabiqənin mərhələlərini təqdim edir:

Müəllimlərin işə qəbulu 4 mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) ibarətdir.

Elektron qeydiyyat

Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə elektron sənəd qəbuluna miq.edu.az saytı vasitəsilə iyun ayının sonunda start veriləcək;

Test imtahanı

Test imtahanları iyul ayında Azərbaycan Texniki Universitetində keçiriləcək. Namizədlərə 40ixtisas, 10 kurikulum, 10 məntiq olmaqla 60 test tapşırığı təqdim olunacaq;

Vakansiya seçimi

Test imtahanında keçid balı toplamı namizədlər səkkiz vakant yer seçə bilərlər.Vakansiyalara yerləşdirilmə namizədlərin elektron ərizədə etdikləri seçim ardıcıllığı ilə aparılacaq.

Müsahibə

 Müsahibə mərhələsində namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq komissiya tərəfindən yoxlanılacaq;

Qeyd edək ki, müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi (diplom) almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış şəxslər iştirak edə bilərlər.

Günel Yaşarqızı
Müəllifin digər yazıları