Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-14 23:17:00
Tarixçi alimə  yeni vəzifə verildi

Tanınmış tarixçi alim, professor Kərəm Məmmədli Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Arxeologiya və Etnoqrafiya kafedrasının müdiri seçilib.

AzEdu.az xəbər verir ki, ictimaiyyətdə də geniş nüfuzu olan K.Məmmədlinin yeni vəzifəsi sosial şəbəkələrdə təqdir edilməkdədir.

 

Qeyd edək ki, Arxeologiya və Etnoqrafiya kafedrasına bu vaxta qədər Qüdrət İsmayılzadə rəhbərlik edib. Q.İsmayılzadə Azərbaycanın Yaponiyada səfiri olmuş Gürsel İsmayılzadənin atasıdır.

 

G.İsmayılzadə bu il yanvar ayında səfir vəzifəsindən geri çağırılıb və hələlik, onunla bağlı yeni təyinat yoxdur.

 

G.İsmayılzadənin bacısı Nigar İsmayılzadə də BDU-da İlahiyyat fakültəsinin dekan müavini vəzifəsini daşıyırdı və tələbəsinə qarşı məhkəmədə xüsusi ittiham qaydasında başlatdığı prosesə görə bir müddət medianın gündəmində olmuşdu.

 

Hazırda BDU-da İlahiyyat fakültəsi artıq mövcud deyil.