Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-14 17:01:41
“Direktor döyülməyib, hamısı şaiyədir” – “Son zəng”də  “yaşananlara” rəsmi reaksiya  

Mediada bugünkü “Son zəng” tədbirlərinin birində direktorla şagird arasında konflikt  baş verməsi barədə məlumatlar əks olunub. Məlumata görə, hadisə  İmişli şəhər 1 saylı orta məktəbdə baş verib. Guya, məktəbin direktoru Akif  Quliyevlə məktəbi bitirən şagirdlər arasında əlbəyaxa dava baş verib.

Məlumatda işə polisin qarışması, faktla bağlı cinayət işinin açılması da qeyd olunub.

AzEdu.az məsələnin təfərrüatlarını öyrənmək məqsədilə İmişli rayon Təhsil Şöbəsi ilə əlaqə saxlayıb.

Təhsil Şöbəsinin əməkdaşı İlahə Paşazadə bildirib ki, mətbuatda yazılanlar həqiqəti əks etdirmir:

“Heç nə yazıldığı kimi deyil. Sadəcə IX sinfi bitirib məktəbdən çıxan şagirdlərdən biri “Son zəng”i  keçmiş sinif yoldaşları ilə qeyd etmək istəyib. Direktor icazə verməyib. Amma tədbirdə hər şey qaydasında olub. Sadəcə tədbirdə fişəng atılıb və bunu böyüdüblər. Olan yalnız budur. Direktorun döyülməsi, kiminsə xəsarət alması kimi bir hal baş verməyib.  Bunlar hamısı şayiədir”.

Qeyd edək ki, mediada yayılan məlumatda direktorla şagirdlər arasındakı əlbəyaxa dava zamanı məktəb rəhbərinin xəsarət alması bildirilib.  

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları