Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-14 16:15:00
Yaxın günlərdə MİQ müsabiqəsi üzrə sınaq imtahanı keçiriləcək- Tarix  

İyun ayında müəllimlərin işə qəbulu ilə bağlı sınaq imtahanın keçirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, müəllimlərin işə qəbulu ilə bağlı sınaq imtahanı ixtisas fənləri üzrə keçirilir. 

Bəs, müəllimlərin işə qəbulu ilə bağlı sınaq imtahanı iyun ayının hansı günlərində keçiriləcək?

Müəllim namizədlərin çoxsaylı suallarını nəzərə alaraq sualın cavabını təqdim edirik.

AzEdu.az-ın sorğusuna cavab olaraq İnsan Resursları Mərkəzindən verilən məlumata görə, hazırda müəllimlərin işə qəbulu ilə bağlı sınaq imtahanı iyun ayının hansı günlərində keçirilməsi haqqında dəqiq məlumat yoxdur. Dəqiq məlumat olacağı təqdirdə İnsan resursları mərkəzinin rəsmi facebook səhifəsində paylaşım olacaq.

Qeyd edək ki, müəllimlərin işə qəbulu ilə bağlı sınaq imtahanları  ilk dəfə 18-30 may  tarixlərində keçirilib.

Günel Yaşarqızı
Müəllifin digər yazıları