Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-14 14:26:08
Bakı məktəbində “Son zəng” ovqatı – Gələcəyə inamlı FOTOLAR

Bu gün ölkənin bir çox məktəblərində “Son zəng” həyəcanı yaşanır. 

AzEdu.az xəbər verir ki, Xətai rayon, şəhid Ədalət Abbasov adına 257 nömrəli tam orta məktəbdə on birincilər üçün son zəng tədbiri keçirilib. 

Tədbirdə məktəblilər və valideynlərlə yanaşı Təhsil Nazirliyinin Aparat Rəhbəri Muxtar Məmmədov, Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev, Bakı şəhər Təhsil İdarəsinin əməkdaşı Rövşən Əliyev iştirak edib. 

Qeyd edək ki, tədbirdə şəhid Ədalət Abbasovun ailə üzvləri də çıxış edib. 

Tədbir həmin məktəbin məzunu müğənni Elvin Abdullayevin ifası ilə yekunlaşıb.

Şükufə Süleymanlı