Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-14 13:10:00
Təhsil Nazirliyi ilə AzEdu.az -ın birgə layihəsi - “Bizim müəllim” - FOTO

Təhsil Nazirliyi ölkəmizin bütün bölgələrində peşəkarlığı ilə seçilən, müəllimlərin işə qəbulu üzrə müsabiqədə və diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllimlərin media təqdimatını davam etdirir.

Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, “Bizim müəllim” layihəsinin budəfəki təqdimatı Brilliant Ağazadəyə həsr olunub. O, 2018-ci ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədən uğurla keçərək 53 bal toplayıb. Hazırda Xızı rayonu akademik  M.Dadaşzadə adına Şurabad qəsəbə  tam orta məktəbdə tarix fənnini tədris edir.

Brilliant Ağazadə şagirdlərdə ağıllı təfəkkür və düşüncənin formalaşmasında müəllimin mühüm rol oynadığını deyir.