Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-14 12:40:00
Elmi adlar nə vaxt geri alınacaq? - Sədrdən AÇIQLAMA

Ötən günPrezident yanında Ali Attestasiya Komissiyasının elmi addan məhrumetmə ilə bağlı qərarlara baxılma qaydası müəyyənləşib.

Bubarədə Prezident İlham Əliyevin Fərmanı ilə təsdiqlənən “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”-də bildirilib.

Sənəddəqeydedilibki,Komissiyaşəxs elmi dərəcədən məhrum edildikdə, elmi ad verilməsi proseduru pozulduqda, elmi plagiat aşkar edildikdə, elmi etika pozulduqda elmi addan məhrumetmə ilə bağlı qərar verə biləcək.

Yeni qaydalar bu sahədə olan hansı problemlərin həllində müsbət rol oynayacaq? Ümumiyyətlə, bu gün qeyd olunan sahədə həllini gözləyən hansı ciddi problemlər mövcuddur?

Mövzu ilə bağlı Lent.az -ın suallarını Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucovcavablandırıb.

O bildirib ki, müvafiq qurumlar bu məsələ ilə bağlı sənədi daha tez hazırlayıb təqdim etməliydilər. İ.Orucovun sözlərinə görə, elmi adların verilməsini həyata keçirən Ali Attestasiya Komissiyasının sovet dövründən qalan sistemlə fəaliyyət göstərməsi özünü zərərli tendensiyalarla büruzə verirdi: “Elmi adların verilməsində olan problemlərin nədən ibarət olduğunu zaman-zaman dilə gətirirdik. Atılan addımı bu istiqamətdə bir dönüş hesab edirəm.

Bu sahədə çox ciddi problemlər var. Plagiatlıq halları, təkrar mövzuların işlənməsi, müdafiə şuralarında bürokratik əngəllər, iddiaçılardan lazımsız sənədlərin tələb olunması, illərlə diplomların təsdiq edilməməsi, süründürməçilik, elmə aid olmayan adamların elmə gəlməsi və s. kimi neqativ hallar əslində hamımıza bəlli məsələlərdir”.

Ali Attestasiya Komissiyası görülən işlərlə ayaqlaşa bilmir

İ.Orucov hesab edir ki, Prezident İhlam Əliyev tərəfindən həm elmlə, bütövlükdə elmi kadrların hazırlanması ilə bağlı görülən işlərlə Ali Attesasiya Komissiyası ayaqlaşa bilmir və nəticədə problemlər ortaya çıxır: “Onun nəticəsidir ki, elmi kadr hazırlığı ilə bağlı bu qədər problemlər ortaya çıxır. Hesab edirəm ki, yeni sənədin qəbul olunması bu istiqamətdə olan problemlərin aradan qaldırılmasına və sözün yaxşı mənasında Ali Attesasiya Komissiyasının fəaliyyətində bir dönüşə gətirib çıxaracaq”.

Onun dediyinə görə, vaxtilə bu quruma rəhbərlik edən akademik Azad Mirzəcanzadə bu sahənin fəaliyyətinə çox prinsipial yanaşırdı: “O, çox unikal, prinsipial bir alim idi və onun dövründə insanlar həqiqətən qorxurdular ki, birdən Azad müəllim bizi çağırıb sorğu-sual edər.

Amma təəssüf ki, ondan sonra Ali Attesasiya Komissiyasının işində xeyli problemlər ortaya çıxdı. Hətta Ali Attestasiya Komissiyası kimi mötəbər qurumda işləyən kadrlar o qədər kobud və qaba adamlar idi ki, sanki bu dövlətin idarəsi onların dədələrinin şəxsi müəssisəsi idi. Bura müraciət edənlər ölkənin, cəmiyyətin elitar təbəqəsidir, alim olmağa iddia edənlər, alimlərdir. Bu cür müəssisələrin fəaliyyəti əslində nümunə, orada çalışanların vicdanı təmiz, şəxsiyyəti kristal olmalıdır. Nəzərə alsaq ki, status baxımından da bu qurum xeyli ali bir təşkilatdır, adının əvvəlində ölkənin birinci şəxsinin yanında yazılması təsadüfi deyil. Bunun fərqində olmaq, məsuliyyətin dərəcəsini hiss etmək lazımdır”.

Məmurlar adlarının qarşısında “fəlsəfə doktoru” yazılmasının arzusundadırlar

Cəmiyyət sədrinin sözlərinə görə, bu gün məmurların böyük əksrəriyyəti adlarının qarşısında “fəlsəfə doktoru” yazılmasının arzusundadırlar və bununla bağlı çox ciddi problemlər var: “Yaxud Milli Məclis üzvlərinin böyük əksəriyyəti deputat seçildikdən sonra müdafiə edir, alimlik dərəcəsi və elmi ad alır. Bu insanların faktiki zamanı yoxdur, onsuz da üzərilərinə düşən yük də kifayət qədərdir. Əvvəldən elmdə olan insanlar var ki, onlar siyasi və ictimai fəaliyyətə elmi fəaliyyətdən sonra başlayıblar. Əlbəttə, onların elmi ad almaları haradasa başa düşüləndir. Amma məmur və ya deputat olan kimi alim olmaq nə deməkdir? İqtisadiyyat İnstitutunun tanınmış və həqiqəti deyən bir direktoru var idi. Mən indi ad çəkmək istəmirəm. Həmişə deyirdi ki, biznesmenlər, bankirlər və məmurlarin əlindən bezmişəm. Qapıdan qovursan pəncərədən girirlər və hamısı da alim olmaq istəyir. Sual olunur: onlar nə vaxt elmə vaxt ayırırlar, necə müdafiə edirlər? Acınacaqlı hal odur ki, bu kimi adamlar bütün ailə üzvlərini də “alim” edirlər, məhşur filmdə deyildiyi kimi, adlarını elmə calaq edirlər. Əslində, bu hal elmə böyük bir zərbədir, bu, elmi ələ salmaqdır. Ali Attesasiya Komissiyası bu cür hallara qarşı ciddi mübarizə aparmalı idi”.

İ.Orucov hesab edir ki, elmi kadrların vəziyyətinin bu səviyyəyə düşməsi ciddi problemdir və bu prosesdə AAK-ın günahı danılmazdır. Dünyada bu gün elm və texnologiyalarsız inkişafın mümkün olmadığını deyən müsahibimiz ölkə başçısının bu məsələ ilə bağlı fikirlərinə də toxunub: “Prezident İlham Əliyev hər zaman çıxışlarında ifadə edir ki, inkişaf etmiş ölkələrin firavan həyatını təbii resurslar deyil, insan kapitalı və yeni texnologiyalar şərtləndirir. Yeni texnologiyaları yaradan elmi kadrlardır. Deməli, Prezident elm və elmi-texniki siyasəti həyata keçirən icraçı orqanlara mesaj verir, çağırış edir, ölkəmizin bilik iqtisadiyyatına malik dövlətlərdən olmasını arzulayır. Deməli, elmin inkişafına, elmi kadrların hazırlanmasına yönəlmiş siyasi iradə mövcuddur. Yetər ki, aidiyyatı məsul şəxslər bu mesajların məsuliyyətini dərk edərək üzərlərinə düşən işləri yerinə yetirsinlər. Amma reallıq onu sübut edir ki, Azərbaycanda bu sahədə ciddi geriliklər var. Bu sahədə Komissiyanın görəcəyi işlər çoxdur. Prinsipiallıq mütləq gözlənilməlidir, Komissiyada tapşırıqlar və neqativ hallar olmamalıdır. Bir neçə il öncə Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev “İctimai və humanitar elmlər: zamanın kontekstində” adlı məqalə ilə konkret nöqsanları ortaya qoydu. Fikirləşirdik ki, dönüş olacaq. Amma, oldumu? Olmadı və yeni-yeni nöqsanlar ortaya çıxdı. İndi AAK-ın rəhbərliyi də yenilənib və arzu edirəm yeni rəhbərlik ölkəmizin, xalqımızın gələcəyi naminə problemləri həll etsin. Elmimiz Prezidentin həyata keçirdiyi islahatlara uyğun formada inkişaf etsin, görüntü xarakterli olmasın. Elmi kadrlarımız bu islahatlara təkan verə bilsinlər. Artıq hüquqi baza da yenilənib və ümid edirəm ki, ölkə başçımızın bu istiqamətdə imzaladığı sənədlərin məsuliyyətini dərk edən məsul şəxslər işin müsbət tərəfə inkişafına nail olacaq, son dövrlərdə Ali Attestasiya Komissiyası ətrafında formalaşmış və bu quruma yaraşmayan “söz-söhbət”in aradan qaldırılmasına nail olacaqlar”.

AAK saxlanılması hələ lazımdır...

Bəzi ekspertlərdən fərqli olaraq İ.Orucov hesab edir ki, Azərbaycanda AAK-ın olması, bu strukturun saxlanılması hələ lazımdır: “Baxmayaraq ki, qurum SSRİ-dən miras qalıb, keçmiş sovet respublikalarından olan müstəqil dövlətlər istisna olmaqla elmtutumlu ölkələrdə bu tip qurumlar yoxdur və elmi dərəcələrin verilməsi prosedurunu universitetlər həyata keçirirlər. Fikrimcə, bizim universitetlər hələ proseduru reallaşdırmaq səviyyəsində deyillər və bu fəaliyyəti universitetlərə həvalə etsək, daha ciddi problemlər ortaya çıxacaq. Ona görə də fikirləşirəm ki, AAK-ın saxlanılması, lakin, onun işinin təkmilləşdirilməsi lazımdır. Hesab edirəm, Prezident İlham Əliyevin “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə”nin və “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Fərmanı da buna hədəflənib”.