Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-14 12:25:00
Həyat məktəbinə başlanğıc üçün çalınan “Son zəng” -FOTOREPORTAJ  

Təhsil naziri Ceyhun Bayramovun imzaladığı əmrə əsasən, "Son zəng" tədbirləri hər bir təhsil müəssisəsinin ərazisində təşkil olunub. 

Qeyd edək ki, cari tədris ilində ölkənin ümumtəhsil məktəblərinin IX siniflərini 113 815, XI siniflərini 80 514, qiyabi (axşam) ümumtəhsil məktəblərinin XII siniflərini isə 674 şagird bitirəcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin IX siniflərini 28 993, XI siniflərini 19 786 nəfər bitirəcək. 45 616 nəfər isə I sinfi başa vuracaq. 

Yeni tədris ilində ümumtəhsil məktəblərinin I siniflərinə 164 234 uşağın qəbulu proqnozlaşdırılır. Onlardan 77 542-si qız, 86 692 nəfəri isə oğlandır. 

AzEdu.az-da  62 saylı orta məktəbdə keçirilən “Son zəng” mərasimlərindən hazırladığı fotoreportajı təqdim edir:

İsmət PAŞA

Nəzrin Abdul