Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-13 20:57:00
Əlaçı şagirdləri bir araya topladılar

97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən Milli Məclisin deputatı, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Ağalar Vəliyevin təşəbbüsü ilə iyunun 13-də Goranboy, Ağdam və Tərtər rayonlarında əlaçı şagirdlərin mükafatlandırılma mərasimləri keçirilib.

AzEdu.az xəbər verir ki, mərasimlərdə müvafiq rayonların İcra hakimiyyətlərinin məsul işçiləri, ictimaiyyətin nümayəndələri, müəllimlər, şagirdlər və valideyinlər iştirak ediblər.

 

Goranboy rayonunun 29 məktəbindən 253, Ağdam rayonunun 9 məktəbindən 100 və Tərtər rayonunun 5 məktəbindən 50 şagird olmaqla, bütövlükdə 3 rayonun 44 məktəbindən 403 əlaçı şagirdin mükafatlandırılma mərasimlərində səslənən çıxışlarda ulu öndərimiz Heydər Əliyevin təhsil sahəsində müəyyənləşdirdiyi strategiyanın, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təhsil islahatları konsepsiyasının və hörmətli birinci Vitse-Prezidentimiz, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın dəstəyi ilə qerçəkləşdirilən layihələrin ardıcılıqla həyata keçirilməsi sayəsində Azərbaycan təhsilinin uğurla inkişaf etdiyi və son 16 il ərzində adı çəkilən rayonlar da daxil olmaqla ölkəmizdə 3200-dən çox məktəbin tikildiyi və ya əsaslı təmir olunduğu xüsusilə vurğulanıb və təhsilə göstərilən qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıq bildirilib.

 

Tədbirlərdə Milli Məclisin deputatı Ağalar Vəliyevin əlaçı şagirdlərə ünvanlanan səmimi təbrikləri çatdırılıb və 403 şagirdin hər birinə millət vəkilinin adından 100 manat məbləğində fərqlənmə təqaüdü təqdim edilib.

 

Mərasimlərdə həmçinin qeyd olunub ki, son 4 tədris illərinin yekünlarına əsasən  Goranboy, Ağdam və Tərtər rayonlarının 97 saylı Seçki Dairəsinə daxil olan məktəblərinin I-XI siniflərinin 1 566 şagirdinə millət vəkili tərəfindən əlaçılıq təqaüdü verilib.