Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-13 20:12:00
Mikroavtobus məktəb binasına çırpıldı

Göygöldə mikroavtobus qəzaya düşüb.

AzEdu.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Aşıqlı kəndində qeydə alınıb. İdarəetməni itirən mikroavtobus məktəbin hasarına çırpılıb.

İlkin məlumata görə, məktəbin hasarına çırpılan nəqliyyat vasitəsində 8 nəfər olub. Onlardan ikisi - sürücü, 1992-ci il təvəllüdlü Elşad Şükürov və sərnişin, 2014-cü il təvəllüdlü Novruz Məmmədov xəsarət alıblar.

 

Mikroavtobusun qəzaya uğraması nəticəsində xəsarət alanlardan biri azyaşlıdır.