Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-13 18:00:38
Gizlədildiyi deyilən vakansiyalarla bağlı narahat olan müəllimlərə şad xəbər- İnsan Resursları  Mərkəzi  

Son günlər ümumi təhsil müəssisələrində vakansiyaların gizlədilməsi halı ilə əlaqədar İnsan Resursları Mərkəzinə çoxsaylı müraciətlər daxil olur.

 AzEdu.az xəbər verir ki, İnsan Resursları Mərkəzi sosial şəbəkə hesabında müəllim namizədlərə müraciət ünvanlayıb:

“Dövlət ümumi təhsil müəssisələrində gizlədilmiş vakant yerlərlə bağlı müraciətləri ümumiləşdirmək, nəzarətdə saxlamaq və araşdırıb müəllimlərin işə qəbulu üzrə müsabiqəyə çıxarılmasını təmin etmək İnsan Resursları Mərkəzinin xüsusi diqqət mərkəzindədir.

Müraciətlərinizin daha da operativ şəkildə araşdırılması üçün bu hallarla qarşılaşan şəxslərdən xahiş olunur ki, İnsan Resursları Mərkəzinin rəsmi “facebook” səhifəsinin rəy bölməsinə aşağıdakı məlumatlar bildirsinlər”

  1. Müraciət edənin adı və soyadı;
  2. Vakansiyanın gizlədildiyi ümumi təhsil müəssisəsinin adı;
  3. Ümumi təhsil müəssisəsinin yerləşdiyi ərazi;
  4. Fənnin adı.

Bu problemlərin araşdırılması və həll olunması üçün İnsan Resursları Mərkəzi tərəfindən xüsusi tədbirlər görüləcək, müraciət edən şəxslərə araşdırmanın nəticələri barədə məlumat veriləcək.

Qeyd edək ki, yuxarıdakı məlumatların tam verilmədiyi, fakta əsaslanmayan və paylaşımla əlaqədar olmayan müraciətlərlə bağlı yazılan rəylər araşdırılmadan silinəcək. Bu səbəbdən vakansiyaların gizlədilməsi halı ilə bağlı müraciət edərkən fakta əsaslanan, dəqiq və tam şəkildə məlumat verməyinizi xahiş edirik.

Günel Yaşarqızı
Müəllifin digər yazıları