Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-13 16:35:00
Universitetlərimizin diplomları Türkiyədə “tanınmasa”... – Asim Mollazadadən təklif  

Mətbuatda yayılan məlumata görə, Türkiyənin Ali Təhsil Qurumu (YÖK) Odlar Yurdu Universiteti və Gəncə Texnologiya Universitetini "tanınmayan” təhsil müəssisələri siyahısına daxil edib.

Yəni, bu universiteti bitirənlər məzun olduğu ildən asılı olmayaraq, Türkiyədə magistratura və doktorantura dərəcəsində təhsil ala bilməyəcəklər. Amma bununla bağlı YÖK-un rəsmi saytında heç bir məlumat öz əksini tapmayıb.

“Bu universitetlərin YÖK tərəfindən "tanınmaması” rəsmi təsdiqini taparsa, səbəbini araşdırmaq lazımdır.”

Bu sözləri AzEdu.az-a millət vəkili Asim Mollazadə deyib:

 “Azərbaycan Texnologiya Universiteti və  Odlar Yurdu Universitetinin diplomları Türkiyənin Ali Təhsil Qurumu tərəfindən "tanınmayan" təhsil müəssisələrinin siyahısına daxil edilməsinə dair YÖK tərəfindən rəsmi açıqlama verilməlidir. Əgər rəsmi açıqlama verilərsə ali təhsil müəssisələrimizin YÖK tərəfindən “tanınmamasına” aydınlıq gətirilməlidir. Azərbaycan və Türkiyənin Təhsil Nazirliyi bu məlumatı təsdiq etməyibsə, nəticəni gözləmək lazımdır.

Asim Mollazadə vurğulayıb ki, Azərbaycan Texnologiya Universiteti və Odlar Yurdu Universitetinin  YÖK tərəfindən “tanınmaması”  qeyri-dəqiq məlumat da ola bilər:

“Düşünürəm ki, bu məlumatı şərh etmədən öncə hər şey araşdırılaraq aydınlaşdırılmalıdır. Çünki, Azərbaycan Texnologiya Universiteti və Odlar Yurdu Universitetinin diplomları YÖK tərəfindən “tanınmamayan” ali təhsil müəssisələrinin siyahısına daxil edilməsi düzgün və ya qeyri-dəqiq məlumat da ola bilər. Düşünürəm ki, universitetlərimizin YÖK tərəfindən” tanınmaması” rəsmi təsdiqini taparsa səbəbini araşdırmaq lazımdır”.

Günel Yaşarqızı
Müəllifin digər yazıları