Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-13 15:21:00
Norveçdə oxumaq istəyənlər üçün əla şans- sərfəli təqaüd proqramı  

Norveçin Bergen Universiteti doktorantura dərəcəsində təhsil almaq istəyənlər üçün təqaüd proqramı elan edir.

AzEdu.az xəbər verir ki, Bergen Universitetinin Müqayisəli Politologiya Şöbəsi yerli, regional, milli və beynəlxalq səviyyələrdə siyasi qurum, təşkilat, proseslər üzrə tədqiqat üçün təqaüd proqramı təklif edir.

Seçilmiş namizəd Bergen Universiteti və  Trond Mohn Fondu tərəfindən mailiyyələşən “Regional Demokratiyanın Gücləndirilməsi” tədqiqat layihəsi üzrə araşdırmada iştirak edəcək.

Təqaüd proqramı ilə doktorantura dərəcəsində təhsil almaq istəyənlər üçün tədris müddəti 4 ildir.

Proqramda iştirak etmək istəyən namizədlər 2 səhifədən ibarət tədqiqat təklifi təqdim etməlidirlər.

Təqaüd proqramında iştirak etmək üçün namizədlərı verilən tələblər:

 Siyasi elmlər və ya müvafiq sahə üzrə ( sosial elmlər) üzrə magistratura dərəcəsi;

Mükəmməl ingilis dil biliyi;

Motivasiya və müşayiət məktubu (1-2 səhifə);

CV;

Bakalavr və magistratura üzrə transkrpit;

2 tövsiyə məktubu;

Müvafiq sertifikatlar;

Tədqiqat təklifi

Təqaüd proqramı haqqında daha ətraflı məlumat və qeydiyyat üçün aşağıda göstərilən linkə daxil ola bilərsiniz:

https://www.jobbnorge.no/en/available-jobs/job/167841/phd-position-at-the-department-of-comparative-politics

Günel Yaşarqızı
Müəllifin digər yazıları