XƏBƏRLƏR

13.06.2019 12:25
Ötənilki yay qəbul imtahanlarında maksimal nəticə göstərən abituriyentlər – SİYAHI  

Bu il keçirilən yaz qəbul imtahanlarında ümumilikdə 700 bal toplayan abituriyentin olmaması xeyli müzakirələrə səbəb olub.

Mütəxəssislərin əksəriyyəti bunun səbəbini imtahanın yeni qaydalarla təşkil edilməsi, eyni zamanda iki mərhələdən ibarət olmasıyla əlaqələndirirlər.

Ötənilki  statistikaya nəzər salaq: yaz qəbul imtahanlarında 10, yay qəbul imtahanlarında 19, ümumilikdə 29 nəfər maksimum nəticə göstərib.

Rəqəmlərdən də aydın olduğu kimi abituriyentlər yazda itirdikləri şansları yay imtahanlarında bərpa edə bilir və bu imtahanlarda yüksək nəticə göstərənlərin sayı daha çox olur.

Bu il isə yay qəbul imtahanlarında iştirak edəcəkləri təqdirdə 700 bal toplaya biləcək real abituriyent sayı cəmi 6-dır.

Respublika məktəblərinin XI siniflərini bitirən 80 mindən çox şagirddən yalnız 6 nəfər buraxılış imtahanlarında 300 ballıq nəticə göstərə bilib.

AzEdu.az bu yazıda ötən il yay qəbul imtahanlarında bütün ixtisas qrupları üzrə maksimum nəticə göstərən abituriyentləri təqdim edir:

I ixtisas qrupu üzrə:

1. Bakı şəhəri 297 saylı məktəbin məzunu Anar Abıyev;
2. Bakı şəhəri, 109 saylı məktəbin məzunu Azər Zeynallı;
3. Bakı şəhəri 169 saylı məktəbin məzunu Aslan Aşırov;
4. Bakı şəhəri, 58 saylı məktəbin məzunu Sona Mehdizadə;
5. Göyçay rayon, Ləkçılpaq kənd 1 saylı orta məktəbin məzunu Şəkər Qədirli;
6. Goranboy rayonu, Safıkürd kənd orta məktəbin məzunu Kənan Məhəmmədli;
7. Abşeron rayon, Xırdalan şəhər 9 saylı məktəbin məzunu Elgün Zamanlı;
8. Bakı Türk liseyi (Türkiyə Diyanət Vəqfi) məzunu Tapdıq Məhərrəmli;
9. “Elitar” Gimnaziyanın məzunu İlqar Məmmədov;
10. Abşeron rayon, Ceyranbatan qəsəbə 1 saylı orta məktəbin məzunu Rüstəm Qarayev;
11. Fizika, riyaziyyat və informatika təmayüllü liseyin məzunu Xəyal Fərzəliyev.

II ixtisas qrupu üzrə:

1. Lənkəran rayonu, Balıqçılar qəsəbə orta məktəbinin məzunu Rəmzi Abıyev.

III ixtisas qrupu üzrə:

1. Gəncə şəhəri, 27 saylı riyaziyyat-informatika təmayüllü liseyin məzunu Selcan Məmmədli;
2. Ağcabədi rayonu, Qaravəlli kənd orta məktəbin məzunu Əzim Əzizli;
3. Şəki şəhər fizika-riyaziyyat və humanitar təmayüllü liseyin məzunu Nərmin İsmayılova.

IV ixtisas qrupu üzrə:

1. Bakı şəhəri, 29 saylı orta məktəbin məzunu- Nərmin Balakişiyeva;
2. Bakı şəhəri, 192 saylı məktəbin məzunu Anar Kərimxanov;
3. Bakı şəhəri, 6 saylı məktəbin məzunu Nərmin Əhədova;
4. Lənkəran rayon, 4 saylı Humanitar Təmayüllü Məktəb-liseyin məzunu Fəyyaz Aslanlı.

Nəzrin Rüstəmova Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu