Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-12 18:20:32
Alimlər bu hallarda elmi adlardan məhrum oluna bilərlər - Rəsmi

Prezident yanında Ali Attestasiya Komissiyasının elmi addan məhrumetmə ilə bağlı qərarlara baxılma qaydası müəyyənləşib.

AzEdu.az-ın məlumatına görə, bu barədə Prezident İlham Əliyevin Fərmanı ilə təsdiqlənən “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”-də bildirilib.

Sənəddə qeyd edilib ki, Komissiya aşağıdakı hallarda elmi addan məhrumetmə ilə bağlı qərar verir:

 
1. Şəxs elmi dərəcədən məhrum edildikdə;

2. Elmi ad verilməsi proseduru pozulduqda;

3. Elmi plagiat aşkar edildikdə;

4. Elmi etika pozulduqda.