Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-12 18:13:07
Bakı məktəblərində çalışan müəllimlərin sayı açıqlandı  

"Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində 308 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 7 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 318 məktəb fəaliyyət göstərir".

AzEdu.az-ın xəbərinə görə, bunu BŞTİ-nin müdiri Rəşad Tağıyev deyib.

O qeyd edib ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində 27 563 müəllim çalışır: "İdarənin tabeliyindəki məktəblərdə 424 118 şagird təhsil alır. Ümumi təhsil məktəblərinin I siniflərini 45 616, IX siniflərini 28 993, XI siniflərini 19 786, XII siniflərini isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 655 nəfər başa vurur".