Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-12 16:48:00
Dosent və ya professor elmi adı almış şəxslərə vahid formalı dövlət sənədi veriləcək

Dosent və ya professor elmi adı verilmiş şəxslərə vahid formalı dövlət sənədi veriləcək.

AzEdu.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Prezident İlham Əliyevin Fərmanı ilə təsdiqlənən “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”də bildirilib.

Sənəddə qeyd edilib ki, elmi adları mülkiyyət formasından asılı olmayaraq, elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin elmi (elmi-texniki) şuralarının (bundan sonra – elmi şura) vəsatətləri əsasında Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının (bundan sonra – Komissiya) təsdiq etdiyi “Azərbaycan Respublikasında elmi və elmi-pedaqoji işçilərə elmi dərəcələr verilməsinə dair ixtisasların nomenklaturu”na daxil olan ixtisaslardan biri üzrə Komissiya verir.