Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-12 16:00:00
Magistraturaya ixtisaslaşma seçimi davam edir-RƏQƏMLƏR

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına bakalavrların ixtisaslaşma seçimi davam edir.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, iyunun 12-i saat 16:12-a olan məlumata görə, ümumilikdə 2913 nəfər (Azərbaycan bölməsi üzrə 2632, rus bölməsi üzrə 281 ) ixtisaslaşma seçimi edərək ərizəsini təsdiqləyib.

Xatırladaq ki, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına ixtisaslaşma seçimi iyunun 18-dək aparılacaq.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları