XƏBƏRLƏR

12.06.2019 15:30
Hərbi hazırlıq rəhbəri həftədə neçə saat dərs deyə bilər? - CAVAB

AzEdu.az orta ümumtəhsil müəssisələrindəki vəzifələrin səlahiyyətləri,əməkhaqları barədə silsilə yazıları davam etdirir. Bu dəfə isə orta məktəblərdə fəaliyyət göstərən Gənclərin Çağırışaqədərki Hazırlığı rəhbərinin vəzifə səlahiyyətləri, iş bölgüsü və s. barədə danışacayıq.

Kimlər Gənclərin Çağırışaqədərki Hazırlığı rəhbəri ola bilər?

Bu vəzifədə ali və ya orta ixtisas hərbi, yaxud ali mülki təhsilli ehtiyatda olan zabitlər işləyə bilərlər.

İşə qəbul necə həyata keçirilir?

Müəssisələrdə vakant olan gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsinə işə qəbul Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin strukturuna daxil olan yerli idarəetmə orqanları ilə razılaşdırmaqla təhsili idarəetmə orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.

Gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər vəzifəsinə işə qəbul üçün xüsusi imtahan keçirilir. Müsabiqəyə qatılan şəxslərə 40 sualdan ibarət test tapşırığının cavablandırılması üçün 60 dəqiqə vaxt verilir.

Orta məktəblərdəki hərbi rəhbərlər neçə saat dərs yükü götürə bilərlər?

AzEdu.az xəbər verir ki, bu barədə məlumatlar Təhsil Nazirliyinin 1999-cu il 26 yanvar tarixli əmri ilə təsdiq edilmiş “Təhsil, təlim – tərbiyə müəssisələrinin rəhbər, inzibati və təsərrüfat, tədris – köməkçi və digər işçilərin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü aparmaları haqqında normaları”nda qeyd edilib.

Sənədə uyğun olaraq, ümumtəhsil məktəblərində hərbi rəhbərin hərbi hazırlıq üzrə  həftədə 8, ildə isə 360 saata qədər tədris  etdikləri dərs saatlarının əmək haqqı onların vəzifə maaşına  daxil edilir. Həmin saatlar üçün əlavə haqq ödənilmir. 

Amma onlara haqqı vəzifə maaşına daxil olan saatlardan əlavə, tarifləşmə siyahısına salınmaqla həftədə 12, ildə 480 saata qədər dərs yükü verilə bilər.  Bu dərs yükü ibtidai hərbi hazırlıq və ya başqa fənn üzrə ( hərbi rəhbərin ixtisasından asılı olaraq) verilə bilər.  

Bundan əlavə, zəruri ehtiyac yaranarsa, hərbi rəhbərə əməkhaqqı saathesabı ödənilməklə həftədə 6, ildə 240 saata qədər əlavə dərs verilə bilər.

Hərbi rəhbərlər başqa tədris müəssisəsində saathesabı qaydada həftədə 6, ildə 240 saata qədər dərs apara bilərlər.

Hərbi hazırlıq rəhbərləri nə qədər əmkhaqqı almalıdırlar?

Orta ixtisas təhsili, pedaqoji stajı 5 ildən 10 ilədək və orta hərbi və ya ali təhsili, pedqoji stajı hər iki halda 5 ilə qədər olanlar – 275 manat;

Ali təhsili, pedaqoji stajı 5 ildən çox, orta ixtisas təhsili, pedaqoji stajı 10 ildən çox, orta hərbi təhsili, pedaqoji stajı 5 ildən və pedaqoji staja tələb qoyulmadan ali hərbi təhsili olanlar – 292 manat əməkhaqqı alırlar.

Lamiyə Süleymanlı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu