Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-12 13:31:00
“Burada 10 minə yaxın kitab olsa da, yenə də kitabxana yox, kiçik guşədir” – Vaqif Bəhmənlinin “Şəxsi kitabxanası”  

AzEdu.az-ın  “Şəxsi kitabxana” layihəsinin budəfəki qonağı tanınmış şair Vaqif Bəhmənlidir.

Hazırda "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin direktor müavini olan Vaqif Bəhmənli xarici ölkələrdə Azərbaycan kitabçılığını ən çox təbliğ edənlərdən sayılır.

Şeir və məqalələrdən ibarət 45-dən çox kitabı işıq üzü görüb. Çox sayda beynəlxalq poeziya və ədəbiyyat festivallarında, Beynəlxalq kitab sərgi yarmarkalarında iştirak edib. Azərbaycan Yazarlar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin, Avrasiya Yazarlar Birliyinin üzvüdür. Əsərləri italyan, rus, özbək, ukrayna, türk, alman, ingilis, türkmən,gürcü, fransız, fars dillərinə çevrilib. Almaniya, Rusiya, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Hindistan, Ukrayna, İran, Belarus, Latviya, İspaniya, Tacikistan, Qırğızıstan, Türkmənistan, Qazaxıstan, Gürcüstan və digər ölkələrdə rəsmi və yaradıcılıq səfərlərində olub. “Azərbaycan” fotoalbomunun, “Azərbaycan Dövlət Kitabı”nın mətn müəlliflərindən biridir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin mədəniyyətin inkişafına yönəlik fəaliyyətindən bəhs edən “Vətənin İlhamı – ömürdən reportaj”, ulu öndər Heydər Əliyevin adını əbədiləşdirən ünvanları canlandıran “Heydər Əliyev adına” əsərlərində Vaqif Bəhmənli bu ciddi, həm də çox araşdırılan mövzulara tamamilə yeni nəzər nöqtəsindən baxmışdır. Ədəbiyyat, sənət və həyat haqqında yüzlərlə ədəbi qeydləri, publisistik araşdırmaları, məqalələri mətbuatda dərc edilib.

Beləliklə, Vaqif Bəhmənlinin kitabxanasından hazırladığımız videoreportajı təqdim edirik: