XƏBƏRLƏR

12.06.2019 12:15
“Rezidentura” jurnalının 3-cü nömrəsi bu tarixdə nəşr olunacaq - Rəsmi   

Rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak etmək üçün qeydiyyat artıq başa çatıb.

İyulun 14-də keçiriləcək ixtisas üzrə biliklərin qiymətləndirilməsi imtahanında iştirak üçün 435 nəfər qeydiyyatdan keçib.

İmtahan verəcək şəxsləri narahat edən əsas məsələ isə Rezidentura 3 jurnalının hələ nəşr olunmaması və statistikanın açıqlanmamasıdır. Onlar plan yerləri barədə statistik məlumatı imtahandan öncə bilmək istəyirlər.

Məslə ilə bağlı Dövlət İmtahan Mərkəzindən AzEdu-az-a bildirilib ki, Rezidentura 3 jurnalı ixtisas seçimi başlayana qədər nəşr olunacaq. Jurnalın 2 həftə rəzində çap olunması gözlənilir. Həmçinin statistik məlumatlar da təqdim ediləcək.

Qeyd edək ki, rezidentura baza tibb təhsilinə sahib məzunların ixtisas alması məqsədilə təşkil eidlir. İxtisasdan asılı olaraq 2 ildən 5 ilədək davam edir.

 

Lamiyə Süleymanlı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu