Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-12 10:45:00
Dünya ölkələrində  dərslər nə zaman başa çatır? – Martda bağlanan məktəblər

İyunun 14-də hər bir ümumi təhsil müəssisəsinin ərazisində "Son zəng" tədbiri təşkil olunacaq. Beləliklə, məktəblərdə dərslər də məhz bu tarixdə yekunlaşacaq.

Bununla bağlı nazir Ceyhun Bayramov əmr imzalayıb. 

Bəs dərslər digər ölkələrdə hansı tarixlərdə başlayır və bitir? 

AzEdu.az müxtəlif ölkələrdə dərs ilinin başlama və bitmə tarixlərini təqdim edir: 

Rusiyada dərslər 1 sentyabr - 25 may arasında davam edir.

Avstriyada dərslər bəzi bölgələrdə sentyabrın ilk bazar ertəsi başlayır, iyunun son cümə günü isə bitir. Digər yerlərdə isəsentyabrın ikinci bazar ertəsi başlayıb, iyulun ilk cümə günü bitir.

Belçikada da dərs ili sentyabrda başlayıb,  iyunun 30-da başa çatır.

Hindistanda məktəblər iyunda başlayıb, martda bitir.

Pakistanda isə dərslərə avqustda start verilir və mayda sona çatır.

İrlandiyada tədris ili sentyabrda başlayıb, iyunda başa çatır. Polşa, Litva, İran, Sloveniyada da bu ölkəylə eynilik təşkil edir.

Braziliyada isə yeni dərs ili fevralın birinci həftəsi başlayır, dekabrda yekunlaşır. Braziliya qanunlarına görə, tətil müddəti həm orta, həm də ali məktəblərdə 200 gün olmalıdır. 

Avstraliyada məktəblər yanvarda fəaliyyətə başlayır, dekabrda başa çatır.