XƏBƏRLƏR

12.06.2019 09:55
Təhsil eksperti: “1 sentyabra qayıtmalıyıq” - ETİRAZ  

“Ali və orta təhsil müəssisələrində dərslərin sentyabr ayının 15- də başlaması özünü doğrultmur. Proqramların mənimsənilməsində yaranmış boşluğu aradan qaldırmaq üçün dərs ilinin 2 həftə uzadılması effekt vermir”.

Azedu.az xəbər verir ki, bunu təhsil eksperti Etibar Əliyev dərs ilinin  14 iyunda yekunlaşmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, dərs ilinin müddətinin 31 maydan 14 iyunadək uzadılması məqbul deyildi:

“İki həftə itirilmiş həftədir. 1 sentyabra qayıtmalıyıq. Dünyanın əksər ölkələrində 1 sentyabra "Bilik günü" assosiasiya olunur. Diqqət edin: Təhsil sistemi inkişaf etmiş Yaponiyada dərslər aprel ayının 1-də başlayır. Sakura çiçək açanda. Görsənir ki, onlar bu tarixi seçməkdə yanılmayıblar. Sakura çiçəyi əlbəttə ki, simvola çevrilib. 

Biz isə 15 sentyabrı seçməklə çox böyük yanlışlığa yol vermişik. Vaxtilə bizdə də 1 sentyabr "Bilik günü" nə assosiasiya olunurdu. Və bu tarix simvola çevrilmişdi.”

İlin gənc müəllimi-Müraciət formu