Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-11 14:26:00
Nazir müavini  3 rayonun sakinlərini qəbul edəcək  

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva iyunun 13-də saat 16.00-da Masallı, Yardımlı və Cəlilabad rayon sakinlərini canlı videobağlantı vasitəsilə qəbul edəcək. Qəbulda həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.

Təhsil Nazirliyindən AzEdu.az-a bildiriblər ki, videoqəbula yazılmaq istəyən vətəndaşlar iyunun 12-si saat 18.00-dək bu qurumun Telefon Məlumat Mərkəzinin 146-1 nömrəli telefonu ilə əlaqə yaradaraq, nazirliyin rəsmi saytının “Vətəndaşların qəbulu” bölməsinə daxil olaraq (http://edu.gov.az/az/contacts/request) və ya 14 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə (ünvan: Masallı şəhəri, Heydər Əliyev prospekti 5) müraciət edərək qeydiyyatdan keçə bilərlər.

Videoqəbulun təşkil edilməsində əsas məqsəd vətəndaşların Təhsil Nazirliyinə müraciət etmək imkanlarını müasir texnologiyalardan istifadə ilə genişləndirmək, regionlarda yaşayanlara nazirliyin inzibati binasına gəlmədən vəzifəli şəxslərlə videobağlantı vasitəsilə birbaşa əlaqə imkanı yaratmaqdır.

Qaydalara əsasən, videoqəbulda bir müraciətlə bağlı eyni vaxtda üçdən çox şəxsin birlikdə iştirakına icazə verilmir. Videoqəbul zamanı bir müraciət üçün maksimum müəyyən edilmiş vaxt 15 dəqiqədir.