Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-11 12:21:43
Mindən çox bakalavr magistr olmaq üçün ərizəsini təsdiqlədi - SON RƏQƏMLƏR

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına bakalavrların ixtisaslaşma seçimi davam edir.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, iyunun 11-i saat 10:40-a olan məlumata görə, ümumilikdə 1823 nəfər (Azərbaycan bölməsi üzrə 1637, rus bölməsi üzrə 186) ixtisaslaşma seçimi edərək ərizəsini təsdiqləyib.

Xatırladaq ki, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına ixtisaslaşma seçimi iyunun 18-dək aparılacaq.