Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-11 11:15:00
Yəməndə hər iki saatda bir ana və 6 uşaq ölür

UNICEF-in son məlumatlarına əsasən, Yəməndə baş verən müharibə hamilə qadınların və uşaqların səhhətinə ciddi təsir edib.

AzEdu.az xarici KİV-lərə istinadən xəbər verir ki, Yəmən hazırda Orta Asiyanın ən kasıb ölkəsinə çevrilib.

Ölkənin səhiyyə sisteminin hamilə qadınlar və uşaqlar üçün göstərdiyi xidmət aşağı səviyyəyə enib. Bu da hər iki saatda bir ana və 6 uşağın ölümünə səbəb olur.

Yəmən səhiyyəsinin yalnız 51 %-i xalqa xidmət göstərmək gücündədir.

Qeyd edək ki, 2014-cü ildən Yəməndə Hussilər ilə hökumət qüvvələri arasında münaqişələr yaşanır.

Hussilər paytaxt Sana şəhərinə nəzarət edir. Səudiyyə Ərəbistanı isə Hussilərə qarşı mübarizədə dövlət qüvvələrinə dəstək verir.

Ölkə baş verən daxili müharibələr nəticəsində aclıq və səfalətə məruz qalıb.

Şükufə Süleymanlı