Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-11 10:00:00
AMEA-nın bu institutlarına direktor seçkisi keçiriləcək - SİYAHI  

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi tədqiqat müəssisələrində direktor vəzifələrini tutmaq üçün seçkilərin keçirilməsi haqqında elan verilib.

AzEdu.az-ın məlumatına görə, seçkilər aşağıdakı elmi tədqiqat müəssisələrində direktor vəzifələrini tutmaq üçün keçiriləcək.

Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi üzrə:

Fizika İnstitutu

İdarəetmə Sistemləri İnstitutu

Riyaziyyat və Mexanika İnstitutu

İnformasiya Texnologiyaları İnstitutu

Biofizika İnstitutu

Kimya Elmləri Bölməsi üzrə:

Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutu

Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu

Yer Elmləri Bölməsi üzrə:

Geologiya və Geofizika İnstitutu

Biologiya və Tibb Elmləri Bölməsi üzrə:

Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutu

Mərkəzi Nəbatat Bağı

Humanitar Elmlər Bölməsi üzrə:

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi

Hüseyn Cavidin Ev Muzeyi

İctimai Elmləri Bölməsi üzrə:

Fəlsəfə İnstitutu

Milli Azərbaycan Tarixi Muzeyi

Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu

AMEA-nın elmi-tədqiqat müəssisəsinin direktoru vəzifəsinə namizədlər yüksək elmi nailiyyətləri, elmi-təşkilati bacarığı olan alimlər sırasından müvafiq bölmənin bürosu, AMEA-nın həmin bölmədən olan üzvləri və ya həmin elmi müəssisənin elmi şurası tərəfindən irəli sürülə bilər.

Namizədlərin irəli sürülməsinə dair aşağıdakı sənədlər (2 nüsxədə) 2019-cu il iyulun 11-dək AMEA-nın müvafiq elmi bölməsinə (Bakı şəhəri, İstiqlaliyyət küçəsi, 30) təqdim edilməlidir.