Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-10 20:44:00
Rusiya və Ukrayna alimlər Bakıda təcrübə mübadiləsində

Bu gün AMEA Radiasiya Problemləri İnstitutunda (RPİ) Rusiya və Ukrayna alimləri ilə görüş keçirilib.

AzEdu.az xəbər verir ki, RPİ-nin direktoru, AMEA-nın müxbir üzvü Oqtay Səmədov qonaqlara institutun fəaliyyət istiqamətləri və əldə olunan nailiyyətlər, həmçinin qurumun beynəlxalq əlaqələri barədə məlumat verib.

 

Rusiya Elmlər Akademiyasının Kazan Fiziki-texniki Universitetinin professoru Andrey Stepanov, Polşanın Lublin II Con Paul Katolik Universitetinin, Droqobiç Pedaqoji Universitetinin (Ukrayna) professoru,  eləcə də  Ukrayna-Azərbaycan Nanobiotexnologiya və Funksional Nanosistemlər üzrə Beynəlxalq Tədqiqat və Tədris Mərkəzinin rəhbəri Taras Kavetskiy və həmin mərkəzin elmi katibi Mariana Kravtsiv təmsil etdikləri qurumların yaranma tarixi və əldə etdiyi elmi nailiyyətlərdən bəhs ediblər.

 

Görüşdə elmi əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılıb. 

 

Sonda qonaqlar institutun laboratoriyalarında olan müasir  avadanlıqlar və onların iş prinsipi ilə yaxından tanış olublar.