Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-10 13:18:00
Şagirdlərin nəzərinə! - Apelyasiya Komissiyası bu tarixlərdə fəaliyyət göstərəcək

Dövlət İmtahan Mərkəzi iyunun 9-da Gəncə, Lənkəran, Naftalan, Şəki, Sumqayıt şəhərlərinin, Abşeron, Ağdam, Ağsu, Astara, Bərdə, Biləsuvar, Daşkəsən, Goranboy, Göygöl, İmişli, Kürdəmir, Oğuz, Qəbələ, Saatlı, Sabirabad, Şabran, Şamaxı, Samux, Tərtər, Xaçmaz, Yevlax və Zərdab rayonlarının orta ümumtəhsil müəssisələrinin IX sinfində təhsil alan 40.234 şagird üçün buraxılış imtahanının ikinci mərhələsini keçirib.

AzEdu.az xəbər verir ki, imtahan ilə əlaqədar şagirdlərin müraciətlərinə baxılması üçün Apelyasiya Komissiyası yaradılıb. Komissiya Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərəcək.

Şagirdlər Apelyasiya Komissiyasına 10–12 iyun 2019-cu il tarixlərində saat 10:00-dan 17:00-dək şəxsiyyəti təsdiq edən sənədin əsli və surətini təqdim etməklə şəxsən müraciət edə bilərlər.

Xatırladaq ki,iyunun 10-dan  etibarən imtahan protokollarının və cavab kartlarının emalına başlanılıb. Nəticələr yaxın günlərdə elan ediləcək.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları