Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-10 11:18:00
Karlov Universitetinin nümayəndə heyəti LDU-da olub - FOTO  

Mərkəzi Avropanın ən qədim və Çexiyanın mərkəzi universiteti sayılan Karlov Universitetinin nümayəndə heyəti Lənkəran Dövlət Universitetinə (LDU) səfər edib.

AzEdu.az xəbər verir ki, nümayəndə heyətinin tərkibinə universitetin Təbiyyat fakültəsinin  professorlarından Daniel Frynta Zivotopis,Milan Kaftan,Vit Kaufman, doktor Miroslav Svatora, magistr və bakalavrlar Veronika Rudolfova, İveta Stolhoferova, Barbara Kaftanova və Karlov Universitetinin tərəfdaşı olan Bakı Dövlət Universitetinin Zoologiya kafedrasının dosenti Çingiz Məmmədov daxil idilər.

Qonaqlara LDU ilə ətraflı tanışlıq imkanı yaradılıb. Biologiya və kimya tədris laboratoriyaları, fənn kabinələri ilə tanışlıq qonaqların marağına səbəb olub. Sonra hər iki universitetin Təbiyyat fakültəsinin professor-müəllim-tələbə heyətinin iştirakı ilə elmi seminar keçirilib. Seminarda Karlov Universitetinin professoru Daniel Frynta Zivotopis apardığı elmi təcrübələr barədə məruzə edib. Məruzə slaydlarla müşayət olunub. Çexiyalı alim bildirib ki,təmsil etdiyi Karlov Universiteti LDU ilə qarşılıqlı əməkdaşlıqda maraqlıdır. Bu əməkdaşlıq cənub bölgəsinin zəngin flora və faunasını ətraflı araşdırmağa, birgə elmi tədqiqatlar aparmağa imkan verəcək. Seminar disskussiya şəraitində keçib, suallar alimlər tərəfindən cavablandırılıb.

Seminardan sonra qonaqlar bölgənin flora və faunası ilə tanış olmaq məqsədilə Hirkan Milli Parkına səfər ediblər.