Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-09 17:11:00
Ehtiyat dərsliklərin sınaq prosesi 3244 şagirdi əhatə edir – RƏSMİ

Ehtiyat dərsliklərin sınaq prosesi ümumilikdə 97 məktəb, 122 sinif və 3244 şagirdi əhatə edir.

AzEdu.az xəbər verir ki, bu barədə “Ehtiyat dərsliklər” layihəsinin rəhbəri Zaur İsayev məlumat verib.

Bildirilib ki, “Ehtiyat dərsliklər” istiamətində hazırda II sinif Azərbaycan dili və Riyaziyyat dərslikləri; “Happy Campers” ibtidai siniflərdə İngilis dili dərslik xəttinin lokalizasiyası; I sinif Azərbaycan dili ( dövlət dili kimi ) dərsliyi”;Məktəbə hazırlıq qrupları üçün vəsaitlərin hazırlanmasına istiqamətlənən layihələr icra olunur:

Məlumata əsasən, ehtiyat dərsliklərin sınaq prosesi ümumilikdə 97 məktəb, 122 sinif və 3244 şagirdi əhatə edir. Bu göstərici Bakı şəhəri və bölgələr üzrə müvafiq olaraq aşağıdakı kimidir:

Bakı şəhəri üzrə 47 məktəb, 72 sinif, 2050 şagird;
Rayonlar üzrə isə 50 məktəb, 51 sinif, 1195 şagirdi əhatə edir.

Qeyd edək ki, ehtiyat dərsliklərin hazırlanmasında məqsəd tədris prosesinin effektiliyini artırmaq üçün dərsliklərin daha da təkmilləşdirilməsidir.