Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-09 15:06:00
Gündüz yuxusu uşaqları daha xoşbəxt və ağıllı edir

Yeni tədqiqatın nəticələri açıqlanıb.

AzEdu.az xəbər verir ki, gün ərzindəyatan uşaqlar gündüz yuxusundan imtina edən həmyaşıdlarına nisbətən daha xoşbəxt olurlar,  daha az davranış problemləri və  daha yüksək  IQ səviyyəsinə malikdirlər. Uşaq bağçasından məktəbə gələn  uşaqların  bir çoxu  artıq gündüzlər  yatmayacaqlarına görə sevinirlər: birinin sadəcə öz  vaxtını yuxu ilə  keçirmək arzusu yoxdur  və  bəziləri isə bu cür istirahətdan imtinanı böyümə əlaməti hesab edirlər. 

Ancaq ABŞ-ın Pensilvaniya və İrvinq  universitetlərindən  olan  alimlər israr edirlər: koqnitiv  və emosional inkişaf  üçün məktəblilərə  gündüz yuxusu çox  lazımdır.

Tədqiqatçı qrup 10-12 yaşda olan  3  min uşaq haqqında məlumatları təhlil edib. Əsas məlumatlar Çində toplanıb. Bu ölkədə orta məktəb şagirdləri gündüz yuxunu nəzərdə tutan rejimə əməl edirlər.

Tədqiqat iştirakçılarının hər biri gündüz yuxunun tezliyi və müddəti, müəllimlər isə uşaqların məktəbdə əldə etdikləri uğurlar və davranışları barədə məlumat veriblər.  Bundan əlavə, mütəxəssislər bilik və psixoloji testlərin nəticələrinə, həmçinin uşaqların fiziki göstəricilərinə (bədən kütləsi indeksi və qanda şəkərin səviyyəsinə) maraq göstəriblər.  Məlumatların toplanması 2011-ci ildən 2013-cü ilə qədər aparılıb və tədqiqatçılar  IV, V və VI  siniflərdə oxumaqda olan uşaqların göstəricilərinin necə dəyişdiyini qiymətləndiriblər.  Sonra alimlər uşağın cinsini, valideynlərin təhsilini, gecə yuxusunun müddəti və digər amilləri nəzərə almaqla  hər bir göstərici ilə gündüz yuxusu arasındakı əlaqəni təhlil ediblər.

Nəticədə məlum olub ki,  gün ərzində yuxu  yatan uşaqlar gündüz yuxusundan imtina edənlərlə müqayisədə daha xoşbəxt olub, daha yaxşı özünüifadə keyfiyyətləri göstəriblər,  daha az davranış problemi və daha çox zəka səviyyəsinə sahib olublar.

Xüsusilə VI  sinif şagirdləri arasında, gündüz yuxu ilə əlaqəli performansın fərqli olması diqqət çəkib.  Belə ki, həftədə  üç dəfə mürgü vuran uşaqlarda akademik performans orta hesabla 7,6% yüksək olub.    Maraqlıdır ki, gündüzlər qızlar oğlanlara nisbətən, eləcə də altıncılar dördüncü və beşincilərə nisbətən  daha tez-tez yatıblar.

Tədqiqatın müəllifləri qeyd edirlər ki, bütün yaşdan olan insanların iştirakı ilə aparılmış  çoxsaylı  laboratoriya tədqiqatları bunları göstərib:  gündüz yuxusu ayrı-ayrı koqnitiv məsələlərin həllini  yaxşılaşdıra bilər (əbəs deyil ki, alimlər tələbələrə imtahandan əvvəl mürgüləməyi məsləhət görürlər).    

Gələcək işlərin gedişində  mütəxəssislər bəzi  aşkar edilmiş qarşılıqlı əlaqələri  ayrı-ayrılıqda nəzərdən keçirmək niyyətindədirlər.   Məsələn, onları maraqlandırır:  niyə daha təhsilli valideynlərin uşaqları az təhsilli valideynlərin uşaqlarına nisbətən  gündüzlər tez-tez yatırlar.  

Müəlliflər həmçinin yeni məlumatların  pediatrlar və təhsil sistemlərinin, səhiyyənin vəzifəli şəxsləri tərəfindən diqqətlə öyrənilməsinə əmin olmaq istəyirlər.

Xatırladaq ki,  bir az əvvəl mütəxəssislər belə məlumatlar əldə ediblər ki, orta məktəblərdə dərslərin daha gec başlaması yeniyetmələrin yuxusunun keyfiyyətini yaxşılaşdırır, həmçinin davamiyyəti və akademik irəliləyişi yüksəldir.  Ancaq tamamilə ola bilər ki, gündüz yuxusu  məktəblilərin tədris müvəffəqiyyətlərini yaxşılaşdırmaq üsulu olmaq etibarı ilə daha effektiv olsun.