Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-09 13:51:00
NASA kosmik turizmə başlayır: Yerdən 350 kilometr yüksəklikdə...

ABŞ-ın Kosmos və Aviasiya Agentliyi (NASA), 2020-ci ildən etibarən Beynəlxalq Kosmos Stansiyanın turizm üçün istifadə ediləcəyini açıqlayıb.

AzEdu.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, Beynəlxalq Kosmik Stansiyanın (İSS) direktoru vəzifəsini icra edən Robyn Gatens bildirib ki, kosmik raketlə ildə ən çoxu iki səyahət həyata keçirəcəklər. Kommersiya məqsədi ilə istifadəyə buraxılan kosmik raketlər vasitəsilə orbitə çıxacaq kosmik turistlər 30 günə qədər İSS-də qalacaqlar. Onun sözlərinə görə, 1998-ci ildə ilk hissəsi orbitə buraxılan İSS-də 2011-ci ildən bəri insanlar yaşayır. NASA-nın maliyyə meneceri Jeff DeWit Nyu-Yorkdakı çıxışında bildirib ki, bu addım onlara yeni maddi imkanlar qazandıracaq.

Qeyd edək ki, kosmik raketlər yerdən 350 kilometr yüksəklikdə, saatda 28,000 kilometr sürətlə dünyanın ətrafında fırlanır. 90 dəqiqə ərzində dünya ətrafında fırlanmasını başa çatdıran ISS-də gündə 16 dəfə günəşin doğmasını və batmasını izləmək mümkündür.