Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-06-09 11:43:00
Məktəbdənkənar təhsil müəssisələrində uşaqların peşəkar səviyyədə hazırlığı təşkil edilir

İdman və yaradıcılıq profilli məktəbdənkənar təhsil müəssisələrində seleksiya yolu ilə uşaqları məktəbə cəlb edib, onların profesional səviyyədə hazırlanmasını təşkil edir.

AzEdu.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin sektor müdiri Hilal Salmanov məlumat verib.

“Məktəbdənkənar təhsil müəssisələri haqqında danışan sektor müdiri bildirib ki, ümumtəhsil məktəblərinin nümunəvi nizamnaməsində də orta məktəblərin dərnək qrupları təşkil etməklə məktəbdənkənar fəaliyyəti təşkil etmək səlahiyyətində olduqları qeyd olunur. Lakin bizim qeyd etdiyimiz məktəbdənkənar fəaliyyət – idman və yaradıcılıq profilli məktəbdənkənar təhsil müəssisələrində artıq kütlənin içindən seçilən uşaqları məktəbə cəlb etməklə onların profesional səviyyədə hazırlanmasını təşkil edir. Yəni seleksiya yolu ilə həm şagird, həm də tələbələr seçilir.  Bu məktəblərin özəlliyi ondadır ki, orta məktəblərdə və digər təhsil müəssisələrində xüsusi bacarığı olan uşaqları seçib onların profesional istiqamətdə yaradıclıq qabilliyətlərini üzə çıxarıb inkişaf etdirməsinə xidmət edir”.